Futbol üzrə İngiltərə yığmasının uğursuzluq abidəsi “Sotheby’s” auksionunda 425 min funta satılıb

12:44 24 Mart 2015

Futbol üzrə İngiltərə yığmasının uğursuzluq abidəsi “Sotheby’s” auksionunda 425 min funta satılıb.

 

Sportarena.az xəbər verir ki, böyük qara qranit lövhə üzərində İngiltərə yığmasının 124 illik məğlubiyyət tarixçəsi əks etdirilib. İlk yazı İngiltərə millisinin 1874-cü ildə Şotlandiyaya məğlubiyyətini (1:2) əks etdirir. Sonuncu məğlubiyyət kimi isə 1998-ci il dünya çempionatında Rumıniya yığması (1:2) ilə qarşılaşma qeyd edilib.

Abidənin müəllifi satirik əsərləri ilə tanınan italyan heykəltəraşı Maurisio Kattelandır.
 


Xəbər xətti