Azarkeşlər fitə basdı, "Fənərbağça"lı futbolçu Türkiyə millisindən getdi

23:19 30 Mart 2015

Türkiyə Milli Komandası və “Fənərbağça” klubunun futbolçusu Əmrə Bələzoğlu Türkiyə gündəmini sirkələyən məlumat verib.

 

Sportarena.az xəbər verir ki, türkiyəli futbolçu millidən getdiyini açıqlayıb. Buna səbəb Hollandiya – Türkiyə matçından öncə türkiyəli fanatların onu fitə basması olub. Futbolçu bu təhqirə dözməyərək milli karyerasını dayandırıb.

 

Qeyd edək ki, o, Türkiyə millisində çıxdığı 93 matçda 9 qol vurub.


Xəbər xətti