Avropanı lərzəyə salan azərbaycanlı futbolçu - VİDEO

12:40 4 Aprel 2015

"Zenit"in azərbaycanlı futbolçusu Ramil Şeydayev Rusiya U-19 millisinin heyətində AVRO-2015-in bombardirlər siyahısına başçılıq edir.
 


Sportarena.az xəbər verir ki,  hücumçu Avropa Çempionatının seçmə və elit raund mərhələlərində keçirdiyi 6 oyunda 10 qol vurub.

Rusiya seçmə mərhələdə Farer adaları (7:0), Şimali İrlandiya (5:2) və Çexiyaya (3:0) qalib gəlmiş, martın 27-dən 31-dək İsveçdə təşkil olunan Elit raund mərhələsində isə Belçikaya (1:0), İsveçə (6:0) və Litvadan (3:1) üstün olub.

Həmyerlimiz Şeydayev həm də ən çox məhsuldar ötürmə verən futbolçudur. O, 5 qolun ötürməsini verərək komandasına xeyir verib.

Qeyd edək ki, AFFA daha öncə Ramil Şeydayevə Azərbaycan millisində oynamağı təklif etsə də, gənc futbolçu bu təklifə razı olmamışdı. 


Digər xəbərlər

Xəbər xətti