Kamran Ağayev penalti qaytardı, "Kayserispor" qələbəyə sevindi - VİDEO

19:19 4 Aprel 2015

Türkiyə PTT 1-ci liqada 26-cı turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, həmyerlimiz Kamran Ağayevin çıxış etdiyi “Kayserispor” klubu öz meydanında “Girəsunspor”la qarşılaşıb.

 

Oyun meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb. Matçın 38-ci və 71-ci dəqiqlərində Bisesvar, 75-ci dəqiqədə Ömər Bayram fərqlənib. 90+1 dəqiqədə meydan sahiblərinin qapısına təyin edilmiş penati zərbəsini Kamran Ağayev qaytarıb və əks-hücum zamanı Murad Akın 4-cü qolla rəqibi məyus edib.

 

Bu qələbə ilə “Kayserispor” klubu turnir cədvəlində liderliyini möhkəmləndirib. “Qırmızı-sarılar” 26 oyuna 56 xal toplayıb və ən yaxın rəqibi olan, 1 oyun az keçirmiş  “Adana Dəmirspor”dan 8 xal öndədir. 


Digər xəbərlər

Xəbər xətti