Azərbaycan qılıncoynadanları Avropa çempionatında iştirak edəcək

14:41 11 Aprel 2015

Aprelin 22-dən 26-dək İtaliyada 23 yaşadək qılıncoynadanlar arasında Avropa çempionatı keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, bu barədə qılıncoynatmanın sabliya növü üzrə kişilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Elxan Əhmədov Azərtac-a bildirib.

O, deyib: “U-23 Avropa çempionatında oğlanların mübarizəsində şpaqa yarışlarında Kənan Əliyev birincilik uğrunda mübarizə aparacaq. Sabliya yarışlarında isə ölkəmizi Azər Tağıyev, Cavanşir Səfərov, Cavanşir Ağakişiyev və Abdulla Həsənov təmsil edəcəklər”.

Qeyd edək ki, turnir milli komandamız üçün ilk Avropa Oyunlarına hazırlıq xarakteri daşıyacaq.

 


Digər xəbərlər

Xəbər xətti