Nazim Sülymanov: "Heyətdə ciddi dəyişikliklər olacaq"

11:02 14 Aprel 2015

“AFFA-dan dünən milliyə baş məşqçisilik etməyimlə bağlı təklif gəldi. Hələ ki, oturub geniş danışmaq üçün vaxt olmayıb”.

 

Bu sözləri sportarena.az saytına açıqlamasında 19 yaşadək futbolçulardan ibarət Azərbaycan Milli Komandasının yeni baş məşqçisi Nazim Süleymanov deyib.

 

Süleymanov təyinata münasibət bildirərək, “Milli komandada baş məşqçi kimi çalışmaq qürurvericidir. AFFA-dan dünən milliyə baş məşqçilik etməyimlə bağlı təklif gəldi. Hələ ki, oturub geniş danışmaq üçün vaxt olmayıb. Sabaha qədər müqavilənin müddətinə, işə nə vaxtdan başlayacağıma aydınlıq gələcək”. – deyib.

 

Nazim Süleymanov milli komandanın oyunçuları ilə də maraqlanmağa başladığını deyib.

“Oyunçuları yaxşı tanımıram. Artıq onlarla maraqlanmağa başlamışam. Bilirsiz ki, Nikolay Adamın vaxtında orada 1996-97 təvəllüdlü futbolçular çıxış edirdi. 1997 təvəllüdlü futbolçular komandada qalcağından və 17 yaşadək milli komandadan yeni futbolçular gələcəyindən heyətdə ciddi dəyişikliklər olacaq”.

 

Qeyd edək ki, Nazim Süleymanovla münasibətlər rəsmiləşmədiyindən hazırda 19 yaşadək futbolçulardan ibarət Azərbaycan Milli Komandasına Nikolay Adam başçılıq edir. Onun yaxın zamanlarda millidən gedəcəyi artıq bir müddətdir ki, müzakirə mövzusu idi.

 


Digər xəbərlər

Xəbər xətti