"Yuventus" qalib gəldi, "Atletiko" "Real"la sülh bağladı

Sportarena.az      15 Aprel 2018, 01:36

Bu gün futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə 2 görüş keçiriləcək.

 

İtaliyada "Yuventus" Fransa "Monako"sunu qəbul edəcək. "Qoca Sinyora" turnirin yarımfinalına sonuncu dəfə 10 il öncə vəsiqə qazanıb. Turin təmsilçisi hazırda elə də yaxşı formada deyil. Komandanın lideri Pol Poqba zədəlidir, Andrea Pirlonun meydana çıxması sual altındadır və hücumçu Karlos Teves oynasa da, tam hazırlıqlı deyil. Üstəlik, "Yuventus" ötən həftəsonu İtaliya çempionatı matçında "zirzəmi"dəki "Parma"ya uduzub. "Monako"da isə Jeremi Tulalanın oynaması sual altındadır. Əvəzində son 6 matçda 6 qol vurmuş 19 yaşlı Antoni Marsial yaxşı formadadır.

 

İspaniyada isə "Atletiko" və "Real Madrid" komandaları üz-üzə gələcək. Bu görüş son zamanlar Madrid derbisindən çox yeni "El Klasiko" statusunu almağa başlayıb. Çempionlar Liqasının ötənilki finalçıları bu mövsüm 1/4 finalda qarşılaşacaqlar. Həmin finalda "Atletiko" uduzsa da, sonrakı görüşlərdə "Real Madrid"ə 4 dəfə - İspaniya Superkubokunda, 2 dəfə La Liqada və ölkə kubokunda qalib gəlib.

 

Bugünkü matça hər iki komanda itkisiz çıxacaq. "Atletiko"da Mario Mancukiç, "Real Madrid"də Xames Rodrigeslə Serxio Ramos zədələrini tam bərpa edib. "Kral klubu"nun hücum xəttində əsas "silah"ı 8 qolla Çempionlar Liqasında bombardirlik edən Kriştianu Ronaldudur. "Atletiko"da isə Antuan Qrizman ön plana çıxsa da, baş məşqçi Dieqo Simeonenin komandası taktiki bacarığı ilə fərqlənir.

 

Çempionlar Liqası

1/4 final, ilk oyunlar

"Yuventus" (İtaliya) - "Monako" (Fransa) 1:0

Qol: Artur Vidal 57-Pen (1:0)

Baş hakim: Pavel Kralovets (Çexiya)

 

"Atletiko" (İspaniya) - "Real Madrid" (İspaniya) 0:0

Baş hakim: Milorad Majiç (Serbiya).

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin