Qadın atletimiz bürünc medal qazandı

12:15 17 Aprel 2015

Tbilisidə ağırlıqqaldırma üzrə Avropa çempionatı davam edir. 
 

 

Sportarena.az xəbər verir ki, Azərbaycanın qadın atleti Anastasiya İbrahimli 69 kiloqram çəki dərəcəsində birdənqaldırma hərəkətləri zamanı 103 kiloqramlıq çəkini başı üzərinə qaldırıb.

 

Təkanla qaldırmada isə atletimiz əvvəlcə 120, sonra 126 kiloqramın öhdəsindən gəlib. Üçüncü cəhddə A.İbrahimli 130 kiloqramı başı üzərinə qaldıraraq çempionatın bürünc medalını qazanıb.

 


Digər xəbərlər

Xəbər xətti