RƏSMİ AÇIQLAMA "Bakı-2015" zamanı təhlükəsizliyi 24 min polis qoruyacaq

Sportarena.az      13 May 2015 , 13:12
I Avropa Oyunları müddətində asayişin təmin olunmasına 24 min polis əməkdaşının cəlb edilməsi planlaşdırılır. SportArena.az lent.az-a istinadən xəbər verir ki, bunu daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov bildirib.
 
 
 
Nazir müavini əlavə edib ki, nazirlik 2014-cü il dekabrından etibarən istifadəyə verilən və tikilməkdə olan idman arenalarının mühafizəsinə başlayıb: “İdman arenaları istifadəyə verildikcə, biz həmin arenaların necə mühafizə olunması ilə bağlı təlimlər keçirmişik. Hər bir əməkdaşa fərdi qaydada qarşısında duran vəzifələr izah olunub və yoxlanılıb. Martda daxili işlər nazirinin əmri ilə Avropa Oyunları ilə bağlı qərargah yaradılıb və idmançıların qalacağı ərazilərdə 15 köməkçi qərargah təşkil edilib. Bu qərargahların hər birinə peşəkar hazırlığa malik olan təcrübəli şəxslər rəhbər təyin olunub. Aprelin 29-da isə nazirin şəxsən iştirakı ilə hazırlıq təlimləri bir daha yoxlanılıb”.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin