Sadıq Sadıqova danışmağa icazə verilmədi AÇIQLAMA

Sportarena.az      13 May 2015 , 13:17

"Neftçi" futbol klubunun Müşahidə Şurasının üzvü Sadıq Sadıqov əməliyyat olunub.



SportArena.Az-ın "Report"a istinadən verdiyi xəbərə görə, bu barədə Şuranın üzvü Mübariz Zeynalov məlumat verib.

Onun sözlərinə görə, klubun sabiq prezidenti boğazından əməliyyat olunub. Əməliyyatın Bakıda keçirildiyini deyən M.Zeynalov hazırda S.Sadıqovun özünü yaxşı hiss etdiyini bildirib: "Hər şey qaydasındadır. Sadəcə boğazından əməliyyat olunduğu üçün həkimlər ona danışmağa icazə vermir".

 M.Zeynalov bildirib ki, S.Sadıqov əməliyyat olunduğundan, Müşahidə Şurasının mayın 8-də keçirilmiş sonuncu iclasına qatılmayıb: "Sadıq Sadıqov bizə mesaj da göndərmişdi ki, boğazımdan əməliyyat olunmuşam, danışa bilmirəm".

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin