“Real Madrid”in sabiq qapıçısı: “Son 1 ildir tənqidlərin mərkəzində olan Kasillas komandadan ayrılacaq”

16:34 13 May 2015

“Real Madrid”in sabiq qapıçısı Aqustin Rodriqez “Kral Klubu” ilə bağlı maraqlı açıqlamalar verib.



SportArena.az xəbər verir ki, veteran futbolçu qapıçı İker Kasillas və Kriştiano Ronaldonun mövsüm sonunda komandadan ayrılacağını iddia edib. 

İspaniyanın nüfuzlu nəşrlərindən olan “Marca”ya danışan Rodriqez klubdakı son vəziyyəti analiz edib: “Son 1 ildir tənqidlərin mərkəzində olan Kasillas komandadan ayrılacaq”, - deyə o bildirib. 

Sabiq qapıçının digər bir şok iddiası Ronaldo ilə bağlıdır. Rodriqezin fikrincə, portuqaliyalı ulduz da mövsümün sonunda klubla yollarını ayıracaq: “Azarkeşlər bu iki ismin gedişinə razılıq verəcək. Bu barədə çərşənbə gününə qədər bir xəbər eşidəcəksiniz”, - deyə A.Rodriqez əlavə edib.


Xəbər xətti