"Bakı-2015": Rusiya Bakıya 360 idmançı göndərir

11:39 23 May 2015

Rusiya Olimpiya Komitəsi (ROK) İcraiyyə Komitəsinin növbəti iclasında bu ölkənin birinci Avropa Oyunlarında iştirak edəcək yığmasının tərkibi təsdiq edilib.



SportArena.az xəbər verir ki, Rusiyanın 50 regionundan, o cümlədən Moskva (97 nəfər), Moskva vilayəti (38 nəfər), Sankt-Peterburq (33 nəfər), Tatarıstan Respublikası (17 nəfər), Krasnodar diyarı (16 nəfər) və digər regionlardan 360 atlet komandaya daxil edilib.

Komandanın tərkibinə 7 olimpiya çempionu, 34 dünya çempionu daxildir. Rusiya idmançıları yüngül atletikadan başqa bütün idman növləri üzrə yarışlarda iştirak edəcəklər. ROK-un prezidenti Aleksandr Jukovun fikrincə, Rusiya komandasının hazırlıq səviyyəsi Avropa Oyunlarında ümumi hesabda birinci olmağa imkan verir.


Xəbər xətti