"Zirə"nin məşqçisi cəzalandırıldı

17:42 1 İyun 2015

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Sportarena.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub: 
 
27 may 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XXX turunun "Zirə” – "Mil-Muğan” matçında "Zirə” və "Mil-Muğan” klublarının  4  futbolçuları sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunur .
 
Oyunun 18-ci dəqiqəsində "Zirə” klubunun məşqçisi Ayxan Abbasov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur. 
 
Oyunun 89-cu dəqiqəsində "Zirə” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 200 manat cərimə olunur .
27 may 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XXX turunun MOİK – "Şəmkir” matçında "Şəmkir” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
 
27 may 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XXX turunun "Neftçala” – "Qaradağ Lökbatan” matçının 77-ci dəqiqəsində "Qaradağ Lökbatan” klubunun 25 №-li futbolçusu Ravil Məmmədov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
 
 Oyunun 90-cı dəqiqəsində "Neftçala” klubunun 5 №-li futbolçusu Musa Rəhimov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
 
23 may 2015-ci il futzal üzrə Azərbaycan həvəskarlar birinciliyinin "Təbriz” – "Young Boys” matçının 11-ci dəqiqəsində "Təbriz” klubunun 11 №-li futbolçusu Bahadur Məmmədov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır . Oyunun 25-ci dəqiqəsində "Təbriz” klubunun 11 №-li futbolçusu Bahadur Məmmədov tribunadan hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyun cəzalanır.


Xəbər xətti