Rusiya superkuboku Azərbaycanda keçirilə bilər

08:55 2 İyun 2015

Futbol üzrə Rusiya superkuboku uğrunda oyun Azərbaycanda təşkil oluna bilər.



SportArena.az xəbər verir ki, bu sözləri Rusiya Futbol Premyer Liqasının prezidenti Sergey Pryadkin deyib. O bildirib ki, ölkə superkuboku uğrunda görüş dekabrda keçiriləcək. Bu oyun ölkə xaricində ilk dəfə təşkil olunacaq. Oyunun keçiriləcəyi variantlar arasında Azərbaycan, İsrail və Türkiyə də var. Bu barədə klublar qərar veriblər.

Superkubok uğrunda matçda “Zenit” və “Lokomotoiv” komandaları üz-üzə gələcək.


Xəbər xətti