Rafael Ağayev: "Bu, tək mənim yox, bütün Azərbaycan xalqının qələbəsidir"

23:08 13 İyun 2015

"Hər kəsin qarşısında baş əyirəm. Bu, tək mənim yox, bütün Azərbaycan xalqının qələbəsidir".


SportArena.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bunu "Bakı-2015" I Avropa Oyunlarında kumite yarışlarında 75 kq çəki dərəcəsində qızıl medal qazanmış Rafael Ağayev deyib.

Çıxışı zamanı tamaşaçılara əli ilə "sakit olun" işarəsi edən qızıl medalın sahibi hərəkətini bu cür izah edib: "Döyüş vaxtı tamaşaçılar məni dəstəkləyirdi və onlardan sakit olmalarını istədim. Sadəcə, elə an olur ki, fikrimi cəmləyə bilmirəm. Adımı çağıranda da fikrim yayınırdı. Bu yarışa 6 aydır ki, hazırlaşırdıq. Yaxşı təlim-məşq toplanışı keçmişik. Artıq karatedən iki qızıl medal qazanmışıq. Arzuma çatdım, amma ən böyük şərəf qızıl medalı qoruyub saxlamaqdır".

Ötən ilin uğursuz olduğunu söyləyən çempion bir ildən sonra yenidən döyüşdüyünü diqqətə çatdırıb: "Sözün yaxşı mənasında da öz sözümü dedim. İdman sürprizlərlə doludur. Peşəkar idmançı udub-uduzmağı bacarmalıdır. Hamısına arzu edirəm ki, onların göz yaşı sevincdən olsun".


Xəbər xətti