CANLI YAYIM "Bakı-2015": Bədii gimnastlar mübarizəyə başladı

14:08 17 İyun 2015

"Bakı-2015" I Avropa Oyunlarında bədii gimnastika yarışlarına start verilib. Milli Gimnastika Arenasındakı yarışların ilk günündə qrupların mübarizəsi keçiriləcək.
 
Lent, gürzlər və həlqələrdə təsnifat mərhələsində mübarizə aparacaq gimnastlarımız çoxnövçülükdə qalibləri müəyyənləşdirəcək. 13 komandanın çıxış etdiyi yarışda Azərbaycan millisi də mübarizə aparır.
 
Yığmamızın heyətində Səbinə Abbasova, Aynur Mustafayeva, Siyana Vasilyeva, Aleksandra Platonova və Diana Doman çıxış edəcək. Komandamız xalça üzərinə 8-ci çıxacaq.


Xəbər xətti