“Qәlәbәni anama hәsr edirәm" - Pərviz Bağırov

20:53 27 İyun 2015

"Rəqibim tanınmış idmançı idi və görüş çətin keçdi. Bununal belə qalib gəlib qızıl medala sahib oldum. Qarşıdakı ən önəmli yarışım  Rio-2016 Olimpiadasıdır”.

Bu sözləri "Bakı-2015" Birinci Avropa Oyunlarında 69 kq çəki dərəcəsində qızıl medal qazanan boksçumuz Pərviz Bağırov jurnalistlərə deyib.

O, qələbəsini anasına həsr etdiyini bildirib:

“Qәlәbәni anama hәsr edirәm. Belә böyük yarışın qalibi olmağım da mәsuliyyәtimi artırır”.


Digər xəbərlər

Xəbər xətti