Sabiq "Qəbələ"li "Anji"də

19:33 7 İyul 2015

Rusiya klubu "Anji"nin baş məşqçisi Yuri Syomin sabiq komandası "Mordoviya"dan Lorenso Ebesilionu transfer edib.

Sportarena.az klubun rəsmi "tvitter" səhifəsinə nəzərən xəbər verir ki, hollandiyalı futbolçu Dağıstan təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.

Transferi ilə bağlı danışan "Qəbələ"nin sabiq futbolçusu bunları deyib: "Daha öncə "Anji" haqda eşitmişdim. Bu komandada məndən əvvəl böyük futbolçular çıxış edib. "Anji"də olduğum üçün şadam. Tezliklə mövsüm başlayacaq. Ancaq mən "Anji"də ilk rəsmi matçıma çıxmaq üçün səbirsizlənirəm. Qarşıdakı 10 gün ərzində optimal forma yığmaq üçün əlimdən gələni edəcəm".

Nəzərinizə çatdıraq ki, Lorenso Ebesilio 2013/2014 mövsümündə Syominin rəhbərliyi altında "Qəbələ"də çıxış edib


Digər xəbərlər

Xəbər xətti