Həmyerlimiz İspaniya milli komandasına qol vurdu

Sportarena.az      11 İyul 2018, 10:28

Dünən U-19 komandaları arasında Avropa çempionatının final mərhələsində "B" qrupunda İspaniya - Rusiya matçı baş tutub.

Sportarena.az xəbər verir ki, Rusiya 19 yaşlılardan ibarət milli komandasında meydana çıxan azərbaycanlı futbolçusu, AFFA-nın da maraq daiəsində olan “Zenit” klubunun hücumçusu Ramil Şeydayev bu matçda start heyətində meydana çıxaraq 90 dəqiqə forma geyib.

Rusiyanın 3:1 hesablı qələbəsi ilə yekunlaşan oyunda həmyerlimiz də fərqlənib. O, görüşün 54-cü dəqiqəsində komandasının üçüncü qolunu vurub.

Nəzərinizə çatdıraq ki, Rusiya millisinində digər azərbaycanlı futbolçusu Moskva “Spartak”ında forma geyən Ayaz Quliyev də meydanda olub. Həmyerlimiz oyunun əsas heyətində meydana çıxaraq 90+1-ci dəqiqəsində əvəzlənib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin