İtaliya millisi yenidən Almaniyaya qarşı

13:52 11 İyul 2015

"Avro-2016"nın seçmə mərhələsi çərçivəsində millimizlə eyni qrupda yer alan rəqiblərindən biri olan İtaliya yığma komandası gələn il martın 29-da yoxlama görüşündə meydana çıxacaq.

Sportarena.az xəbər verir ki, Antonio Kontenin baş məşqçi olduğu komanda Münhendə bAlmaniya millisi ilə üz-üzə gələcək. Martin 26-sı İngiltərən millisi ilə qarşılaşacaq Almaniya millisi 3 gün sonra oynayacağı İtaliya millisiylə sonuncu dəfə 2013-cü ilin noyabr ayında meydana çıxaraq 1:1 bərabərə qalıb. 

Nəzərinizə çatdıraq ki, millimizin də yer aldığı H qrupunda İtaliya millisi 12 xalla turnir cədvəlinin ikinci pilləsində yer alıb.


Xəbər xətti