"Azərbaycana üstün getmək üçün əlimizdən gələni edəcəyik" - Brezançiç

15:30 11 İyul 2015

"Növbəti rəqibimiz Azərbaycanın "Qəbələ" klubudur. O klub barəsində haqda dolğun məlumata malik deyilik. Lakin, "Qəbələ"nin yaxşı komanda olması barədə müəyyən informasiyaya malikik. Bu mərhələdə ilk oyunu doğma meydançada keçirəcəyik. Azərbaycanda baş tutacaq cavab qarşılaşmasına üstünlüklə getmək üçün əlimizdən gələni edəcəyik".

Sportarena.az Serbiya mətbuatına nəzərən xəbər verir ki, bu sözləri Serbiyanın “Çukariçki” klubunun oyunçusu Rayko Brezançiç söyləyib.

25 yaşlı müdafiəçi eyni zamanda “Domjale” komandasıyla keçirdikləri matç barəsində də vurğulayıb ki, "Domjale" yaxşı rəqib idi, ancaq onlar mərhələ keçmək şanslarını əldən verdilər. Əsas odur ki, biz iki oyunda qapımızdan top buraxmadıq".

Nəzərinizə çatdıraq ki, Serbiya təmsilçisi "Çukariçki" və Qəbələnin eyni adlı klubu ilə baş tutacaq matç Bakı vaxtı ilə saat 23:30-da star alacaq.


Xəbər xətti