"Qəbələ" ilə görüşdə qalib gələcəyimizə əminəm" - Matiyaseviç

18:07 13 İyul 2015

"Qəbələ" klubu üzərində müəyyən təhlil aparmışıq. Onların çox hərəkətli və yüksək fiziki hazırlıqlı futbolçuları var. Ümumiyyətlə, qeyd edərdim ki, Azərbaycanda futbola böyük investisiyalar yatırılır. Rəqibimiz ilk mərhələdə Gürcüstan təmsilçisi "Dinamo"nu keçib. Azərbaycan klubuna qarşı ilk matçda qarşı ilk oyunda böyük azarkeşə ehtiyacımız var. Serbiyada qalib gəlməliyik. Cavab qarşılaşmada isə yüksək əzm göstərərək qələbə qazanmalıyıq"

Sportarena.az xəbər verir ki, bu sözləri Serbiya təmsilçisi "Çukariçki" klubunun idman direktoru Vladimir Matiyaseviç yerli mətbuatına açıqlamasında deyib.

Klub rəsmisi bunu da vurğulayıb ki, "Ötən mövsüm təcrübəsizliyin qurbanı olduq. Bu dəfə daha hazırlıqlı komanda formalaşdırmışıq. "Qəbələ" ilə görüşdə daha yaxşı oynayaraq qalib gələcəyimizə əminəm".

Nəzərinizə çatdıraq ki, iyul ayının 16-da Serbiyada keçiriləcək "Çukariçki" - "Qəbələ" matçı  Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
 


Digər xəbərlər

Xəbər xətti