2018-ci il Dünya Çempionatının püşkatma mərasiminin vaxtı məlum oldu

20:00 18 İyul 2015

25 iyul tarixində Rusiyanın şəhəri Sankt-Peterburqda 2018-ci il Dünya Çempionatının seçmə turnirinin püşkatma mərasimi baş tutacaq.

 

Sportarena.az  xəbər verir ki, Rusiya-2018 təşkilat komitəsinin baş icraçı direktoru Aleksey Sorokin bu barədə məlumat verib. Dünya Çempionatının ilkin püşkatması iyul ayının 25-i Sankt-Peterburqun şəhərinin Konstantinovsk sarayında keçiriləcək. 2018-ci il Dünya Çempionatının oyunları Rusiyanın 11 şəhərində 12 stadionda iyunun 15-dən iyulun 14-dək baş tutacaq. 


Xəbər xətti