Öncə Qurbanov, sonra Deyla

13:07 3 Avqust 2015

Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" (Azərbaycan) - "Seltik" (Şotlandiya) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub. Sportarena.az klubun saytına istinadən xəbər verir ki, avqustun 4-də oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionun mətbuat zalında Qurban Qurbanov 20:30-da media mənsublarının önünə çıxacaq.

 

"Seltik"in baş məşqçisi Ronni Deyla isə 21:00-da jurnalistlərin suallarını cavablandıracaq. Şotlandların oyunqabağı son çalışması 21:30-da baş tutacaq.

 

Qeyd edək ki, "Qarabağ" - "Seltik" qarşılaşması avqustun 5-i, saat 21:30-da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti