Qurban Qurbanov: "Hər iki komanda üçün eyni şərait olacaq"

16:31 3 Avqust 2015

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Seltik”lə cavab oyununun oynanılacağı Respublika stadionuna baxış keçirib.

 

Sportarena.az supersport.az saytına istinadən xəbər verir ki, mərkəzi arenaya gədən təcrübəli mütəxəssis açıqlamasında bildirib:

 

"Meydançanın durumu haqda düşünmürük, xeyirlisi belədir. Hər iki komanda üçün eyni şərait olacaq. Əvvəlki günlərlə müqayisədə irəliləyiş var. Oyun gününə kimi meydança ideal vəziyyətə gəlməsə də, xeyli düzələr".

 

Qeyd edək ki, Respublika stadionunun ot örtüyü hazırda yaxşı vəziyyətdə deyil.


Xəbər xətti