"Qəbələ"nin sabiq üzvü karyerasını bitirir

18:57 3 Avqust 2015

Rusiya millisinin sabiq üzvü Marat İzmaylov karyerasını bitirmək istəyir. Sportarena.az xəbər verir ki, bu haqda 32 futbolçunun meneceri Paolo Barbozo məlumat verib. Onun sözlərinə görə, "Portu" ilə müqaviləsi başa çatan təcrübəli yarımmüdafiəçiyə Rusiya və Səudiyyə Ərəbistanından təkliflər var:

 

"Marat yaxşı düşünmək üçün hazırda istirahət edir. Təkliflər stolumuzun üstündədi. O, ya bunlardan birini dəyərləndirib, karyerasını davam etdirəcək, ya da futbolla vidalaşacaq. Son qərarı İzmaylov özü verəcək".

 

2013/14 mövsümündə "Qəbələ"nin də formasını geyən futbolçunu karyerasını bitirməyə vadar edən başlıca amil tez-tez zədələnməsidi.

 

Qeyd edək ki, Marat ötən mövsümü Rusiya Premyer Liqasında 3-cü pilləni tutan "Krasnodar"da keçirib.


Digər xəbərlər

Xəbər xətti