"Qarabağ" - "Seltik": Əmsallar açıqlandı

12:46 4 Avqust 2015

“Topaz” Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşləri üçün əmsalları açıqlayıb. Sportarena.az xəbər verir ki, mərc oyunları operatoru “Qarabağ” – “Seltik” qarşılaşmasına da pul qoyuluşu qəbul edəcək.

 

“Topaz” ilk matçda 1:0 hesabı ilə qələbə qazanan Şotlandiya çempionunu yenə şanslı sayır. Belə ki, qonaqların eyni uğuru təkrarlaması 2,25 əmsalla qiymətləndirildiyi halda, Ağdam klubunun qalib gəlməsinə 2,60 əmsal verilib. Görüşün “sülh”lə başa çatması isə 3,10 əmsaldı.

 

Qeyd edək ki, “Qarabağ” – “Seltik” oyunu sabah saat 21:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti