"Qarabağ" - "Seltik": Biletlər tükənir

13:55 4 Avqust 2015

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qarabağ"la "Seltik" arasındakı cavab matçına biletlər tükənmək üzrədir. Sportarena.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında 27 min bilet satılıb.

 

Günün sonunadək bütün biletlərin satılıb qurtarması gözlənilir.

 

Qeyd edək ki, "Qarabağ" - "Seltik" matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:30-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti