"Seltik"in baş məşqçisi: "Sabah çox ehtiyatlı oynamalıyıq"

Sportarena.az      4 Avqust 2018, 21:45

“İlk oyundan sonra üstünlük bizim tərəfimizdədi”. Sportarena.az xəbər verir ki, bunu “Seltik”in baş məşqçisi Ronni Deyla deyib.

 

Şotlandiya çempionu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində sabah “Qarabağ”la cavab matçına çıxacaq.

 

İlk görüşdə minimal hesabla (1:0) qələbə qazanan böyük britaniyalıların çalışdırıcısı uğurlu çıxışa inandığını söyləyib: “Bir qədər həyəcan var. Rəqib də güclü komandadı. Amma görüşün bizim üçün uğurlu keçəcəyinə inanıram. Düzdü, isti hava hökm sürür. Ancaq çalışacağıq bu bizə mane olmasın”.

 

40 yaşlı mütəxəssis qazonun durumundan o qədər də narazı olmadığını deyib: “Çünki Şotlandiyada da qışda bu cür qazonlarda oynayırıq. Ona görə də, bunu faciəyə çevirməyə ehtiyac yoxdu. Rəqib də bizimlə eyni şərtlər altında çıxış edəcək. İstər-istəməz bu vəziyyət oyunumuza təsir edəcək”.

 

Norveçli mütəxəssis ötən mövsümdəki kimi, mübarizəni seçmə mərhələdə dayandıracaqlarına inanmır: “Ötən mövsüm çox üzülmüşdük. Ancaq indi daha güclü komandamız var. Hədəfimiz Çempionlar Liqasının qrupun vəsiqə qazanmaqdı. Bunun üçün də əlimizdən gələni edəcəyik. Azarkeşlərimizə Çempionlar Liqasının qrup mərhələsi həyəcanını yaşatmaq istəyirik”.

 

Deyla “Qarabağ”ın ünvanına da tərif yağdırıb: “Qarabağ” topla oynamağı bacaran komandadı. Yaradıcı oyun sərgiləyir. Eyni zamanda texnikalı oyunçuları var. Fikrimcə, bizim üçün çətin olacaq. Sabah çox ehtiyatlı oynamalıyıq”. (apasport.az)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin