Skott Braun: "Qarabağ"ı məğlub etsək..."

11:24 5 Avqust 2015

"Seltik" böyük klubdur və indi biz yaxşı nəticə qazanmalıyıq. Bu oyunda qalib gələ bilərik. Bunu bacarsaq, böyük addım atmış olacağıq".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Seltik"in kapitanı Skott Braun deyib. Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la cavab qarşılaşması haqda fikirlərini bildirən təcrübəli futbolçu erkən qol vurmalı olduqlarını bildirib:

 

"Erkən qol vursaq, əla olar. Komanda şəklində düzgün müdafiə olunmaq lazımdır. Fikrimcə, həm qol vurmalı, həm də qapımızın toxunulmazlığını qorumalıyıq".

 

Qeyd edək ki, "Qarabağ" - "Seltik" görüşü bu gün saat 21:30-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti