Aqil Abbas: "Qarabağ"a inanıram"

17:11 5 Avqust 2015

"Qarabağ"ın rəqibi "Seltik" heç də zəif komanda deyil. Düşünürəm ki, rəqibin belə güclü olmasına baxmayaraq, "Qarabağ" qalib gələcək".

 

Sportarena.az xəbər verir ki, bu sözləri azvision.az-a millət vəkili Aqil Abbas deyib. Milli Məclis üzvü bildirib ki, Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün yaxşı vəziyyətdə olmamasına görə aidiyyatı şəxslər cəzalanmalıdı:

 

"Stadionun ot örtüyünə nəzarəti ingilislər edirdi. Oyundan sonra hansı şirkət bu işi həyata keçirirdisə, o da öz cəzasını almalıdı. Amma bütün bunlara baxmayaraq, "Qarabağ"a inanıram. Hər zaman klubumuza inanmışam. Futbolda udmaqla bərabər, uduzmaq da var, amma əsas odu ki, yaxşı oyun göstərəsən. İnanıram ki, "Qarabağ" hər zaman olduğu kimi yenə də yaxşı oyun göstərəcək".


Digər xəbərlər

Xəbər xətti