"Qarabağ"da Maksim Medvedev şoku

17:38 5 Avqust 2015

Çempionlar Liqasının III təsnifat mərhələsində "Seltik"i qəbul edəcək "Qarabağ" matça ciddi itki ilə çıxacaq. Ağdam klubunun müdafiəçisi Maksim Medvedyev zədə səbəbindən bu matçı buraxacağı dəqiqləşib. Sportarena.az xəbər verir ki,bu barədə sportal.az-a klubdan bildiriblər.

 

Qeyd edək ki, Maksim "Seltik"lə Şotlandiyada keçirilən matçın oyunöncəsi məşqində zədə almış və buna görə ilk oyunu da buraxmalı olmuşdu.


Digər xəbərlər

Xəbər xətti