"Rubin"də azərbaycanlı futbolçu

15:56 7 Avqust 2015

"Zenit"in Azərbaycan əsilli futbolçusu Ramil Şeydayev iş yerini dəyişib. Sportarena.az xəbər verir ki, gənc futbolçu bu mövsümü "Rubin" klubunda keçirəcək.

 

Rusiya millisinin üzvü Kazan təmsilçisinə icarəyə verilib. Şeydayev Rusiya Premyer Liqasında cəmi 5 oyunda meydana çıxıb.

 

Qeyd edək ki, Şeydayev Rusiyanın 19 yaşadək futbolçulardan ibarət yığmasının heyətində bu ilin iyulunda keçirilən Avropa çempionatında vurduğu 12 qolla turnirin bombardiri olub.


Xəbər xətti