"Qazax - "Zirvə"nin atleti çempion oldu - FOTOLAR + VİDEO

13:30 30 Avqust 2015

“Zirvə“ Beynəlxalq İdman Klubunun filialları arasında keçirilən “9-cu Zirvə Kuboku”nda yarışlar davam edir.

Sportarena.az xəbər verir ki,yaşı 18-ə qədər olan qadınların medal mübarizəsi də başa çatıb. Fəxri kürsünün hər üç pilləsində Azərbaycan atleti yer alıb.

Qızıl medalı əldə etmək üçün son yanaşma bitənə qədər gərgin mübarizə yaşanıb. Sinkleyr cədvəli ilə cəmi bir neçə xal üstünlük Qazax-Zirvə nümayəndəsi Abbasova Elnarəyə çempionluq gətirib. O, toplam 190 kq (85+105) nəticə və 254.66 xalla bütün rəqiblərini qabaqlayıb.

İkinci pillədə də qazaxlı idmançı – Əlizadə Gülçin yer alıb. O, toplam 165 kq (75+90) nəticə və 246.67 xalla gümüş medala sahib çıxıb. Üçüncü yeri isə ondan cəmi 1,5 xal geridə qalan Səbinə Əzimova tutub. Bir neçə gün əvvəl İsveçin Landskoran şəhərində keçirilən yeniyetmələrin Avropa birinciliyinin qalibi olmuş “Lənkəran-Zirvə” atleti toplam 155 kq (70+85) nəticə və 245.29 xalla bürünc medal əldə edib.

 

 


Xəbər xətti