"Qalatasaray" uduzdu, "Yuventus" və "Real" qələbə qazandı - YENİLƏNİB

Sportarena.az      16 Sentyabr 2018, 01:37

Bu gün Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək. Sportarena.az xəbər verir ki, ümumilikdə 8 qrupda mübarizə aparan 32 komanda Avropanın ən yaxşısı olmaq uğrunda mübarizəyə başlayacaq. İlk oyun günündə 8 qarşılaşma keçiriləcək.

 

A qrupunda son Fransa çempionu PSJ turnirin sürpriz komandası "Malmö"nü qəbul edəcək. Digər görüşdə isə ÇL-nı qazanmağa əsas namizədlərdən "Real" doğma "Santyaqo Bernabeu"da Ukrayna "Şaxtyor"unu sınağa çəkəcək.

 

B qrupunda 1 illik fasilədən sonra Çempionlar Liqasına qayıdan "Mançester Yunayted" Hollandiyada PSV-nin qonağı olacaq. "Volfsburq" isə Moskva ÇSKA-sını qəbul edəcək.

 

Gecənin maraqlı oyunlarından biri İngiltərədə baş tutacaq. "Mançester Siti" turnirin son finalçısı "Yuventus"la üz-üzə gələcək. Digər oyunda isə Avroliqanın son qalibi "Sevilya" Münhenqladbax "Borussiya"sını qəbul edəcək.

 

Azarkeşlərin səbirsizliklə gözlədiyi qarşılaşmalardan biri İstanbulda keçiriləcək. "Qalatasaray" "Türk Telekom Arena"da İspaniya nəhəngi "Atletiko"nu qonaq edəcək. Digər oyunda isə sürpriz şəkildə qitənin ən güclü klub turnirinə vəsiqə qazanan "Astana" Portuqaliyada "Benfika" ilə münasibətlərinə aydınlıq gətirəcək.

 

Çempionlar Liqası, qrup mərhələsi

15 sentyabr

 

A qrupu

PSJ (Fransa) - "Malmö" (İsveç) 2:0

Qollar: Anxel Di Maria 4, Kavani 61

"Real" (Madrid, İspaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna) 4:0

Qollar: Benzema 30, Ronaldo 55(pen), 63(pen)

 

B qrupu

PSV (Hollandiya) - "Mançester Yunayted" (İngiltərə) 2:1

Qollar: Depay 41, Moreno 45, Narsinq 57

"Volfsburq" (Almaniya) - CSKA (Moskva, Rusiya) 1:0

Qol: Draxler 40

 

C qrupu

"Mançester Siti" (İngiltərə) - "Yuventus" (İtaliya) 1:1

Qollar: Kellini (a.q) 57, Manzukiç 70

"Sevilya" (İspaniya) - "Borussiya" (Münhenqladbax, Almaniya) 2:0

Qollar: Qameiro 47(pen), Baneqa 66 (pen)

 

D qrupu

"Qalatasaray" (Türkiyə) - "Atletiko" (Madrid, İspaniya) 0:2

Qollar: Qrizman 18, 25

"Benfika" (Portuqaliya) - "Astana" (Qazaxıstan) 2:0

Qollar: Qaitan 51, Mitroqlu 62

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin