"Bakı" MOİK-lə oyuna hazırlaşır

Sportarena.az      23 Sentyabr 2015 , 15:02

Azərbaycan birinci divizionunda çıxış edən “Bakı” hazırlıqlarını davam etdirir. Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, növbəti turda MOİK-lə qarşılaşacaq "zolaqlılar" gündəlik məşqlərlə qarşıdakı görüşə hazırlaşır.

 

Komandanın növbəti məşqi bu gün baş tutub. Hazırlıq prosesi yüngül qaçış və isinmə hərəkətləriylə start götürüb. Qısa məsafələrə sürətli qaçış tapşırığından sonra dartınma hərəkətlərini də icra edən futbolçular, daha sonra baş məşqçi Novruz Əzimovun tapşırığına əsasən ötürmə və komanda hərəkətlərinə yönəlik məşqlər üzərində çalışıb. Diqqətçəkən məqam odur ki, baş məşqçi özü də son tapşırıqda komanda ilə birgə məşq edib.

 

Qeyd edək ki, zədəsini müalicə etdirən Raul Yaqubzadə və Qeyrət Əliyev hazırlıqda iştirak etməyiblər.

 

Əlavə edək ki, “Bakı” - MOİK görüşü sentyabrın 25-də keçiriləcək. “Bakı”nın bazasında baş tutacaq qarşılaşma 16:00-da start götürəcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin