Məşhur türkiyəli hakim "Qalatasaray"a görə cəzalanacaq

22:18 23 Sentyabr 2015

Məşhur türkiyəli hakim Cüneyt Çakır “Trabzonspor” – “Qalatasaray” matçında yol verdiyi səhvə görə cəzalanacaq. 
Sportarena.az xəbər verir ki,  “Qalatasaray”ın 1:0 hesabı ilə qalib gəldiyi həmin matçda Çakıra ev sahiblərinin lehinə penalti təyin etmədiyi üçün ən azı 15 gün “istirahət” veriləcəyi gözlənilir.

Belə ki, epizodların birində top cərimə meydançası daxilində “Qalatasaray”ın müdafiəçisi Ceyson Denayerin əlinə dəysə də, tanınmış hakim bu vəziyyətdə oyunu davam etdirmişdi.

Türkiyə Futbol Federasiyası epizodu nəzərdən keçirərək qərarın düzgün olmadığına qərar verib. 


Digər xəbərlər

Xəbər xətti