Millimiz qrupdakı ikinci oyununda da uduzdu

10:17 28 Sentyabr 2015

Belçikada davam edən voleybol üzrə dünya çempionatında qrup mərhələsinin ikinci turu geridə qalıb. Sportarena.az xəbər verir ki,turnirdə iştirak edən yığmamız dünən növbəti sınğına çıxıb. Komandamız Belçika ilə qarşılaşıb.

 

Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. İlk iki setdə rəqibinə müqavimətsiz boyun əyən millimiz yalnız 3-cü setdə nəsə etməyə çalışıb. Bununla belə sonuncu setdə də qələbə qazanan Belçika yığması darmadağını rəsmiləşdirib.

 

Millimiz qrupdakı son oyununu bu gün Macarıstana qarşı keçirəcək. Komandamız qrupdan çıxmaq üçün rəqibini məütləq məğlub etməlidi.


Xəbər xətti