Klub rəsmisi hakimi söydü, 5 oyunluq cəzalandırıldı - Birinci divizionda

13:52 6 Oktyabr 2015

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Sportarena.az xəbər verir ki, tədbirdə I Divizionun IV turunun oyunları da müzakirə olunub.

 

MOİK – “Mil-Muğan” matçında “Mil-Muğan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

 

“Şəmkir” – “Ağsu” matçının 70-ci dəqiqəsində “Ağsu” klubunun inzibatçısı Ənvər Hacıyev hakimlər briqadasın təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klub 500 manat cərimə olunub.

 

“Turan-Tovuz” – “Bakılı” matçında “Bakılı” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

 

“Qaradağ Lökbatan” – “Bakı” matçında “Bakı” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

 

I Divizionun I turunun təxirə salınmış “Ağsu” – “Zaqatala” matçında “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Bundan başqa, oyunun 16-cı dəqiqəsində “Zaqatala” klubunun 5 №-li futbolçusu Elçin Süleymanov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. 


Xəbər xətti