Azərbaycanlı atlet Avropa çempionu olub

23:51 9 Oktyabr 2015

Azərbaycanın ağır atleti Anastasiya İbrahimli Avropa çempionatında qızıl medala sahib olub.

Sportarena.az xəbər verir ki, Litvanın Klaypeda şəhərində yeniyetmələr və 23 yaşadək idmançılar arasında keçirilən ağır atletika üzrə Avropa çempionatında “Zirvə” beynəlxalq idman klubunun atletləri də mübarizə aparır. Qırxa ölkədən 341 atletin (218 kişi və 123 qadın) qatıldığı turnirdə Anastasiya İbrahimli (69 kq) 23-dək idmançıların yarışında gücünü sınayıb.

“Abşeron-Zirvə” klubunun atleti birdən qaldırma hərəkətində üç cəhddən birini uğurla yerinə yetirsə də bu, ona gümüş medal qazanmaq üçün yetərli olub. Tanınmış mütəxəssis Hafiz Süleymanovun yetirməsi olan A.İbrahimli 99 kiloqramı qaldıraraq ikinci olub.

Atletimiz təkanla qaldırmada daha yaxşı çıxış edib. O, sonuncu cəhddə 127 kiloqramı başı üzərinə qaldırmaqla ən yaxın izləyicisi ukraynalı Mariya Xlyanı 2 kiloqram üstələyərək qızıl medala sahib olub. Anastasiya İbrahimli yekunda 226 kiloqramlıq (99+127) nəticə ilə Avropa çempionatının qızıl medalını qazanıb. 


Digər xəbərlər

Xəbər xətti