AFFA əvəzediciləri də "unutmadı"

14:00 3 Noyabr 2015

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XI turunun oyunları da müzakirə olunub.

 

Sportarena.az xəbər verir ki, "İnter" – “Zirə” matçının 71-ci dəqiqəsində “Zirə” klubunun 40 №-li futbolçusu Təmraz Əmircanov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunub. Bundan başqa, oyunun 87-ci dəqiqəsində “İnter” klubunun 95 №-li futbolçusu Azər Yusifov ikinci sarı vərəqə alaraq meydaçandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunub.

 

"Sumqayıt” – “Neftçi” matçının 64-cü dəqiqəsində “Sumqayıt” klubunun 11 №-li futbolçusu Şahin Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti