"Bavariya" getdikcə daha çox Qvardiolanın komandası olur"

00:15 11 Noyabr 2015

"Bavariya"nın baş məşqisi Xosep Qvardiolanın agenti Xosep Maria Orobitq katalon mütəxəsisin planlarından xəbərsiz olduğunu bildirib.

Sportarena.az xəbər verir ki, Orobitq onun müqaviləsini yeniləmək məsələsinə belə münasibət bildirib.
"Pepi Münhendə hər şey qane edir. Bura gözəl şəhərdir və o, özünü evdəki kimi hiss edir. "Bavariya" getdikcə daha çox Qvardiolanın komandası olur. Amma qərarı özü verməlidir. Pepin nə düşündüyünü mən də bilmirəm. Son günlər onunla danışmışam. Amma dəqiq bir şey deməyib. Qvardiolanın ətrafı onun istənilən qərarı ilə razılaşacaq".


Digər xəbərlər

Xəbər xətti