"Qəbələ"dən 2-ci medal

15:31 14 Noyabr 2015

“Qəbələ” İdman Klubunun cüdoçuları Okeaniyanın açıq çempionatında 2-ci medalını qazanıb. Sportarena.az klubun saytına istinadən xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan qadınların yarışında gümüş medala yiyələnən Aişə Qurbanlının ardından Uşangi Kokauri də eyni uğura imza atıb.

 

Azərbaycan milli komandasının heyətində yarışa qatılan idmançı +100 kq çəki dərəcəsində 2-ci olub. Avstraliyanın Vollonqonq şəhərində 4 görüş keçirən təmsilçimiz 3 qələbə qazanıb və yalnız finalda uduzub.

 

İlk iki qarşılaşmada avstraliyalı Liam Park və estoniyalı Yuhan Mettisi məğlub edən Kokauri yarımfinala yüksəlib. Bu mərhələdə daha bir avstraliyalı Jak Andrevarta ilə qarşılaşan cüdoçumuz onu da mübarizədən kənarlaşdırıb. Kokauri finalda 6 gün əvvəl Afrikanın açıq çempionatının yarımfinalında uduzduğu Əlcəzair idmançısı Amin Mohammed Tayiblə görüşüb. Bu dəfə də afrikalı tatamidən qalib ayrılıb.


Beləliklə, ötən həftə Mavrikidə bürünc medal qazanan Uşangi bu dəfə fəxri kürsünün 2-ci pilləsinə yüksəlib.


Digər xəbərlər

Xəbər xətti