AFFA əvəzediciləri də cəzalandırdı

16:08 24 Noyabr 2015

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XIII turunun oyunları da müzakirə olunub.

 

Sportarena.az xəbər verir ki, "Rəvan" – "Zirə" matçında “Rəvan” klubunun 5, “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 500 manat cərimə olunub.

 

“İnter” – AZAL matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 29-cu dəqiqəsində AZAL klubunun 49 №-li futbolçusu Məhəmməd Quliyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti