"Xəzər Lənkəran" və "Zirə" AFFA-ya 500 manat ödəyəcək

16:30 8 Dekabr 2015

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XV turunun oyunları da müzakirə olunub.

 

Sportarena.az xəbər verir ki, “Neftçi” – “Zirə” matçında “Zirə” klubunun 5 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Bundan başqa, oyunun 90+2-ci dəqiqəsində “Zirə” klubunun 51 №-li futbolçusu Xaqan Məmmədli sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.

 

“Xəzər Lənkəran” – “Qəbələ” matçında isə “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.


Xəbər xətti