Çempionlar Liqası: 1/8 finalın püşkü atıldı - YENİLƏNİB

15:19 14 Dekabr 2015

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. Sportarena.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçirilib.

 

Reqlamentə əsasən, qruplarında ilk pilləni tutan komandalar digər qrupların ikinciləri ilə üz-üzə gələcəklər. Bu mərhələdə eyni qrupdan çıxan və eyni ölkədən olan klublar qarşılaşmayacaqlar. İlk oyunlar qrup ikincilərinin meydanında baş tutacaq.

 

Qeyd edək ki, 1/8 finalın ilk oyunları 16/17 və 23/24 fevral, cavab matçları isə 8/9 və 15/16 mart tarixlərində keçiriləcək.

 

Çempionlar Liqası, 1/8 final mərhələsinin cütlükləri

 

"Gent" (Belçika) - "Volfsburq" (Almaniya)

"Roma" (İtaliya) - "Real" (Madrid, İspaniya)

PSJ (Fransa) - "Çelsi" (İngiltərə)

"Arsenal" (İngiltərə) - "Barselona" (İspaniya)

"Yuventus" (İtaliya) - "Bavariya" (Almaniya)

PSV (Hollandiya) - "Atletiko" (Madrid, İspaniya)

"Benfika" (Portuqaliya) - "Zenit" (Rusiya)

"Dinamo" (Kiyev, Ukrayna) - "Mançester Siti" (İngiltərə)


Xəbər xətti