Robert Prosineçki: "Bu komandanın potensialı var" - MÜSAHİBƏ

Sportarena.az      29 Yanvar 2018, 12:45

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki affa.az saytına müsahibə verib. Sportarena.az həmin müsahibəni təqdim edir:

 

- 21 yaşadək futbolçulardan ibarət yığmamızın qalibi olduğu “Antalya Cup” turniri ilə bağlı təəssüratlarınız necədir?
- Son oyunda rəqib 0:4 hesabı ilə məğlub olubsa və komandamız turnir çərçivəsində keçirdiyi 4 oyunun hamısında qələbə qazanıbsa, deməli, yaxşı nəticə əldə etmişik. Turnirlə bağlı təəssüratlarım müsbətdir. Komanda üzvləri özlərini yaxşı tərəfdən göstərməyi bacardılar. Üstəlik, müsbət nəticələr sayəsində onlar özünəinam qazanıblar. Bu, çox vacibdir. U-21-in məşqçilər korpusunun məqsədi əsas milliyə yeni futbolçular qazandırmaqdır. AFFA-nın texniki direktoru Bernhard Lippertlə mənim işim isə bu cür turnirləri daim diqqətdə saxlamaq, gənc futbolçuları izləməkdir.
 
- Oyunları ayrı-ayrılıqda necə xarakterizə edərdiniz?
- Dörd oyunun hamısı maraqlı keçdi. Amma Ukrayna yığması ilə qarşılaşmanı qabartmaq istərdim. Ən çətin oyunumuz onlara qarşı oldu. Qarşılaşma turnirdəki ilk oyunumuz olduğu üçün, həm də rəqibin gücünə görə ağır keçdi. Rəqib güclü olsa da, qələbə qazanmağı bacardıq. Oyunların hamısında futbolçularımız topla yaxşı davrandı, baxımlı qollar vurdu. Mən və məşqçi həmkarlarım turnir ərzində maraqlı məqamlar gördük. Faydalı bir turnir oldu.
 
- Sizin U-21-in oyunlarını izləməyiniz gənc futbolçular üçün əlavə stimul idi. Millinin martda keçiriləcək təlim-məşq toplanışına dəvət etməyi düşündüyünüz futbolçular varmı?
- Namik Ələskərov və Elnur Cəfərovu artıq tanıyıram. Namiki zədəli olduğuna görə milliyə dəvət etmirdim. Çünki o, 8-9 ay futbol oynamadı. Elnur isə əsas millinin bir neçə toplanışında iştirak edib və oyun da keçirib. Hər ikisi millinin üzvüdür. Ola bilsin, əlavə bir futbolçunu da hazırlıq prosesinə cəlb etdim.
 
- U-21-in “Antalya Cup”ın qalibi olmasını necə dəyərləndirirsiz?
- Komanda üçün titul qazanmaq əhəmiyyətli hadisədir. Sonda mükafatlandırma zamanı kuboku alanda əziyyətinin bəhrəsiz qalmadığını hiss edirsən. Komandanın potensialı var. Heyətdə yaxşı futbolçular cəmləşib. Bizim üçün bu turnirin vacib tərəfi futbolçuları meydanda izləmək idi

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin