Anyete: "Bu inanılmaz bir qərar idi"

10:12 31 Yanvar 2016

Azərbaycan Premyer Liqasının XIX turunda keçirilən “Neftçi” – “Sumqayıt” (1:0) matçından sonra “ağ-qara”ların hücumçusu Anyete sportarena.az saytının əməkdaşının suallarını cavablandırıb.
-    Matç barədə fikirlərin.
-    Çox çətin oyun oldu.  Biz bunu bilirdik. Yaxşı nəticə qazana bildik. 
-    Bəzi klublar var ki(“Zirə”, “İnter”), üçüncü, dördüncü yerləri tutsalar belə avrokuboklara getməmək ehtimalları var. Bu sizə əlavə stimul verirmi?
-    Bizim üçün fərqi yoxdur hər hansısa bir komanda avrokuboklara gedə biləcək ya yox. Biz mübarizə aparıb Avroliqaya vəsiqə qazanmaq istəyirik.
-    Digər rəqiblərdən fərqli olaraq “Neftçi”nin oyunu “Sumqayıt” klubuna qarşı alınmır. Bunun səbəbini nədə görürsüz?
-    Məncə xüsusi bir səbəb yoxdur amma bu futboldur. Elə olur ki, bir rəqiblə 3 dəfə oynuyursan 3-də də qələbə qazanırsan və yaxud da əksinə.
-    Matçı əsəbi halda tərk etməyinə səbəb nə idi?
-    Mən həmişə yaxşı oyun sərgiləyib qol vurmaq istəyirəm. Qol vurmayanda da əsəbiləşirəm. Amma komandaya görə xoşbəxt idim çünki biz qələbə qazandıq.
-    Qol vura bilməməyinizin və ya məhsuldar oyun sərgiləməməyinizin səbəbi nədir? 
-    Əlbəttə mən qol vurmaq istəyirəm. Amma birinci növbədə futbol kollektiv bir oyundur.  Mənim üçün fərqi yoxdur kim qol vuracaq,  komanda qələbə qazanmalıdır.
-    Birinci hissədə sarı vərəqə aldın simuliyasiyaya görə.  Necə fikirləşirsən, orada penal var idi?
-    Bu hakim tərəfindən verilmiş inanılmaz bir qərar idi.


Xəbər xətti