Qara Qarayev: "Səbr etməliyəm, çünki başqa yolum yoxdur"

Sportarena.az      16 Fevral 2018, 12:51

“Qarabağ”ın futbolçusu Qara Qarayevin sportarena.az saytına müsahibəsi:

 

-    Qış fasiləsindən sonra komandanın çıxışı ilə bağlı fikrini öyrənək.
-    Qış fasiləsindən sonra oyunların bizim üçün çətin olacağını bilirdik. Oyunlarda daha çox əziyyət çəkməli oluruq. Klublar bizə qarşı xüsusi motivasiya ilə hazırlaşır.  Bu bizim oyunumuzu göstərməyimizə mane olur. Amma pis başlamamışıq. Buna baxmayaraq qarşıda bizi yenədə çətin oyunlar gözləyir.

 

-    Özün də qeyd etdin ki, komandalar sizə qarşı xüsusi motivasiya  ilə hazırlaşır. Belə motivasiyaya qarşı oynamaq sizə çətinlik törətmir ki?

 

-    Çempionatda hər bir oyuna fərqli fikirlərlə, fərqli vəziyyətlərdə hazırlaşırıq. Komandalar bəziləri qapalı futbol oynayır, bəziləri daha çox müdafiə olunur. Bu amillər bizə çətinlik yaradır. Amma biz bu çətinliyə baxmayaraq, meydana qələbə üçün çıxırıq.

 

-    Son oyunlarda Qurban Qurbanov  sənə demək olar ki, şans vermir. Bunun səbəbini nədə görürsən. Yoxsa yeni transferlər sənin yerini əlindən alıb?

 

-    Bu barədə hər hansı bir fikir demək istəmirəm. Başqa mənada anlaşılar deyə ehtiyat edirəm. Bu Qurban müəllimin fikiridir. Buna hörmətlə yanaşıram. Düşünürəm ki, yaxın zamanlarda forma şansı tapacam. 

 

-    Biz Qaranı həmişə əsas heyətdə görməyə öyrəşmişik. Bu gün ehtiyatda qalmağın səni narahat etmir?

-    Sözsüz ki, bu məni narahat edir.  Özümə görə narahat olduğum məqamlar var.  Səbr etməliyəm,  çünki başqa yolum yoxdur. 

 

-    Növbəti turda “Neftçi” ilə qarşılaşacaqsınız . Bu oyuna xüsusi hazırlaşırsız yoxsa sıradan oyun kimi?

 

-    “Kəpəz”lə oyundan sonra istirahət edirik. Sabahdan “Neftçi” ilə oyunun hazırlıqların başlayacağıq. “Neftçi” ilə oyun ən çox forma geymək istədiyim oyunlardan biridir.  Belə oyunlara biz də xüsusi bir motivasiya ilə hazırlaşırıq. Bu oyunun prinsipiallığı daha çoxdur.  Çempionat yaranan gündən bu komandalar iştirak ediblər və aralarında böyük rəqabət olub.  Maraqlı oyun olacağını gözləyirəm.

Vüsal YALÇINOĞLU

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin