İdmançılarımız Fransadan medalla qayıtdılar

18:25 23 Fevral 2016

17-21 fevral 2016-cı il tarixlərində Fransanın Mets şəhərində yeniyetmə və azyaşlılar arasında keçirilmiş Beynəlxalq Stolüstü Tennis Federasiyasının Premium Açıq turniri başa çatıb.

Sportarena.az xəbər verir ki, 29 ölkədən 239 idmançının iştirak etdiyi turnir şəxsi və komanda formatında keçirilib. Yarışda ən güclü 8 komanda siyahısına daxil olan qızlardan ibarət komandamız 1/4 finala qədər yüksələrək Fransanın komandasına məğlub olublar. Yeniyetmə oğlanlardan ibarət komandamız isə 1/2 finalda Yaponiya komandasına qalib gələrək finala vəsiqə əldə ediblər. Komandamız finalda II yer tutaraq gümüş medal qazanıb.


Digər xəbərlər

Xəbər xətti